Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.
Hadisə
13 Fevral , 2024 09:36
Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.

Həmçinin, ötən gün qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi