Ötən gün toylara görə daha 10 nəfər cərimələnib

Hadisə
  • 15 oktyabr, 2021
  • 06:58
Ötən gün toylara görə daha 10 nəfər cərimələnib

Oktyabrın 14-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 179 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

44 - Tezliklə