Ötən gün karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

Ötən gün karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.
Hadisə
27 Aprel , 2020 10:12
Ötən gün karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı
0 : 00
0 : 00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

BDYPİ-dən "Report"a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi