Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Hadisə
  • 13 dekabr, 2018
  • 06:02
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 12-də ölkədə 119 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti