Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
19 Oktyabr , 2018 09:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, oktyabrın 18-də plkədə 127 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi