Ötən gün 111 cinayət hadisəsi baş verib

Ötən gün 111 cinayət hadisəsi baş verib Onların 17-si “isti izlər”lə açılıb
Hadisə
10 Fevral , 2018 08:35
Ötən gün 111 cinayət hadisəsi baş verib

Bakı. 10 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb. Onların 17-si “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi