Bakı. 1 dekabr. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrda görülən işlərin hesabatını açıqlayıb.
ANAMA-dan “Report”a verilən məlumata görə, agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 m² (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 531,572,550 m² (53,157.26 ha) ərazi təmizlənib, 800,951 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Noyabr ayı ərzində Azərbaycan Respublikası



































