Ötən ay 334 əcnəbi məcburi qaydada Azərbaycandan çıxarılıb

Ötən ay 334 əcnəbi məcburi qaydada Azərbaycandan çıxarılıb Dövlət Miqrasiya Xidməti: "Aprel ayı ərzində 1 706 əcnəbi Azərbaycan qanunvericiliyinin tələblərini pozub"
Hadisə
11 May , 2016 15:44
Ötən ay 334 əcnəbi məcburi qaydada Azərbaycandan çıxarılıb

Bakı. 11 may. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) bu ilin aprel ayında 1 706 əcnəbinin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması halları müəyyən edib.

Bu barədə "Report"a DMX-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlardan 21-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 137 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 214 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 334 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində quruma əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9 384 müraciət daxil olub. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 39 935 əcnəbinin müraciəti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi