Yuxarı
    Bağlamaq

    Ombudsman Aparatı: Nuray Bayramzadə ilə bağlı məhkəmə qərarının icrası zamanı qanunvericilik aktlarının tələbləri pozulub

    “10 yaşlı Nuray Bayramzadənin məsələsi Ombudsmanın nəzarətindədir”

    Bakı. 7 yanvar. REPORT.AZ/ “İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib”.

    Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

    Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülüb, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilib.

    Eyni zamanda, uşağın xalası ilə telefonla əlaqə saxlanılıb, Nurayın kadrlar çəkilən gündən xalası ilə qaldığı müəyyənləşdirilib, Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Nuray və xalası ilə görüşmüşlər və uşaqla bağlı hər hansı bir narahatlıq halları müşahidə edildiyi zaman 24 saat ərzində Ombudsmana və onun uşaq hüquqları üzrə qaynar xəttinə müraciət etməsi bildirilib.

    Hazırda N.Bayramzadə ilə bağlı məsələ Ombudsmanın nəzarətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi