Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.
Xanlar Ferzand oğlu Zərbəliyev idarə etdiyi "90-MU-605" dövlət qeydiyyat nişanlı "VAZ- 21015" markalı minik avtomibili ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Mingəçevir şəhər sakini, 1951-ci il təvəllüdlü Həyat Həsən qızı Gülməmmədovanı vurub. Yaralı vəziyyəti ağır olduğu üçün "təcili yardım" maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan "Report"un bölgə müxbirinə verilən məlumata görə, 68 yaşlı H.Gülməmmədova qapalı kəllə-beyin travması diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib,vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.