Oğuzda velosipedçini avtomobil vurub

Oğuzda velosipedçini avtomobil vurub Oğuz rayonunda velosipedçini avtomobil vurub.
Hadisə
25 Dekabr , 2019 19:35
Oğuzda velosipedçini avtomobil vurub

Oğuz rayonunda velosipedçini avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əmrah Vüqar oğlu Yusifovu velosipedlə hərəkətdə olarkən Azad Əli oğlu Tahirov idarə etdiyi "Niva" markalı avtomobillə vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi