Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
Hadisə
- 03 may, 2025
- 00:56
Oğuz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsindəki sərnişin – 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində keçinib. Sürücü 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov isə ağır xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzada ölən və xəsarət alan şəxslər Oğuz rayon sakinləridir.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.
Əlavə edilib.
Son xəbərlər
10:34
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib
Hadisə10:33
Foto
Dövlət Xidməti Bərdədə gənclər üçün tədbir keçirib
Sosial müdafiə10:32
Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilir
Din10:31
Azərbaycanda qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbir və güzəştlər tətbiq ediləcək
Sənaye10:29
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir
Biznes10:25
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Elm və təhsil10:24
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb
Media10:23
Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
Maliyyə10:23