Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO Oğuz rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Hadisə
2 May , 2019 15:55
Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO

Oğuz rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bu barədə "Report"un Şəki-Zaqatala bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, “Opel” markalı, 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq, sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. Oğuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsünün Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən olunub.

Sürücü V.Nəbiyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi