Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Avqust , 2022 23:13
Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaya yolun yağışlı və sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi