Oğuzda avtomobil 49 yaşlı kişini vuraraq öldürüb
Hadisə
- 01 yanvar, 2025
- 05:54
Oğuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Kərimli kənd ərazisində baş verib.
Belə ki, rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.
Qəza nəticəsində 49 yaşlı Q.Hüseynov həyatını itirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21012” markalı avtomobilin sürücüsü T.Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:55
Le Pen: Məhkəmənin qərarı Fransadakı demokratik proseslərə təsir göstərə bilər
Digər ölkələr03:41
Qustavo Alfaro: "Fransa kimi rəqibə qarşı edilən bir səhv matçın taleyini həll etdi"
Futbol03:32
Didye Deşam: "Cənubi Amerika təmsilçilərinə qarşı oynamaq həmişə çətindir"
Futbol03:27
Video
AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər
Region03:25
Meksika – İngiltərə matçı üçün misli görünməmiş təhlükəsizlik tədbirləri hazırlanıb
Futbol03:13
Paraqvayın qapıçısı Orlando Hil Fransa ilə oyunun ən yaxşısı adına layiq görülüb
Futbol03:04
DÇ-2026: Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finalçı olub - YENİLƏNİB-4
Futbol03:00
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
Xarici siyasət02:30