Bakı. 4 may. REPORT. AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Əlif Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Ramazanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Ramazanov ötən il oğurluq etməkdə təqsirli bilinərək saxlanıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.