Oğlunu və gəlinini öldürən 76 yaşlı şəxsin məhkəməsi başlayır

Oğlunu və gəlinini öldürən 76 yaşlı şəxsin məhkəməsi başlayır Goranboy rayonunda oğlunu və gəlinini öldürməkdə təqsirləndirilən Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
2 Dekabr , 2019 17:24
Oğlunu və gəlinini öldürən 76 yaşlı şəxsin məhkəməsi başlayır

Goranboy rayonunda oğlunu və gəlinini öldürməkdə təqsirləndirilən Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə iyul ayında baş verib. 1943-cü il təvəllüdlü Q.İsgəndərov mübahisə zəminində oğlu Məzahir İsgəndərovu və gəlini Samirə Məmmədovanı qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi