“Oba market”dən oğurluq edildi
Hadisə
- 03 avqust, 2020
- 05:57
Bakıda marketdə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə avqustun 2-i saat 16:30 radələrində Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Oba market”də qeydə alınıb.
Belə ki, marketə daxil olan müştəri oradan mineral su və spirtli içki oğurlayıb.
Daha sonra ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Kamal Mustafayev saxlanılıb və ərazi üzrə 24-cü Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:04
İsmayıl Serageldin: İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil
Xarici siyasət16:01
AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir
İnfrastruktur15:59
Aleksandar Vuçiç: Serbiya və Özbəkistan azad ticarət rejimi təsis etməlidirlər
Digər ölkələr15:58
Cevdet Yılmaz: Azərbaycan və Türkiyə İƏT-in diasporasında böyük gücdür
Region15:55
COP31-in baş direktoru: COP29-da atılan addımları davam etdirmək istəyirik
COP2915:52
Yalçın Rəfiyev: Azərbaycan COP31-də şəhərsalma sahəsində öz təcrübəsini bölüşə bilər
Xarici siyasət15:48
Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq
İnfrastruktur15:45
Ursula fon der Lyayen: Ratko Mladiçin dəfnindən görüntülər şokedicidir
Digər ölkələr15:43