Polkovnik Nuşirəvan Səfərovun jurnalistə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb

Polkovnik Nuşirəvan Səfərovun jurnalistə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb Məhkəmənin hazırlıq iclası sentyabrın 29-na təyin edilib
Hadisə
1134
22 Sentyabr , 2015 17:28
Polkovnik Nuşirəvan Səfərovun jurnalistə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Xətai Rayon Məhkəməsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Bu barədə “Report”a “azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli məlumat verib.

Belə ki, E.Məhərrəmli şəxsi vəkillə müqavilə bağlamadığı üçün məhkəmə prosesində hakimdən işi təxirə salınmasını istəyib. Hakim də sayt rəhbərinin xahişini yerinə yetirib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il avqustun 31-də “azpolitika.info” saytında “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri - DYP mafiyası məğlubedilməzdir?!” adlı yazı yayımlanıb. N.Səfərov yazıda təhqir olunduğunu iddia edib. O, məhkəmədən E.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Son xəbərlər

Orphus sistemi