Nümunəvi sürücülər və yol polisləri təltif edilib - FOTO

Nümunəvi sürücülər və yol polisləri təltif edilib - FOTO Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Yol polisi-sürücü münasibətləri” mövzusunda tədbir keçirib.
Hadisə
1 İyul , 2019 15:04
Nümunəvi sürücülər və yol polisləri təltif edilib - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Yol polisi-sürücü münasibətləri” mövzusunda tədbir keçirib.

"Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Baş Dövlət Yol Polisi və Bakı Şəhər Dövlət Yol Polisi idarələrinin yüksək rütbəli əməkdaşları iştirak edib. 

"Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı tədbirdə çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ölkədə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir. 

E.Muradlının sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasını DYP-nin səmərəli nəzarəti olmadan təsəvvür etmək mümkün deyil: “Bu nəzarətin ali məqsədi yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlər keçirilir, yollarımızda mövcud olan əsas problemlər öyrənilir, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamlar aydınlaşdırılır və onların aradan qaldırılması istiqamətində təbliğat işi aparılır”.

Çıxış edənlər yol polisi-sürücü münasibətləri ilə bağlı fikirlərini açıqlayıb, çatışmazlıqları qeyd edərək qanunvericiliklə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə həmçinin yol hərəkəti qaydalarına əməl edən və iki il ərzində heç bir xəta törətməyən sürücülər, eyni zamanda nümunəvi xidmət təşkil edən yol polisləri təltif olunublar.  

Son xəbərlər

Orphus sistemi