Novosibirskdə azərbaycanlı gənc iş adamı evində ölü tapılıb

Novosibirskdə azərbaycanlı gənc iş adamı evində ölü tapılıb Moskva. 24 mart. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.
Hadisə
3382
24 Mart , 2018 15:00
Novosibirskdə azərbaycanlı gənc iş adamı evində ölü tapılıb

Moskva. 24 mart. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.

"Report"un Rusiya bürosu xəbər verir ki, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-I səhər tezdən qonşuları onun evində aşkarlayıb.

Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.

Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub.

Son xəbərlər

Orphus sistemi