Nobel prospektindəki avtoqəzada 22 yaşlı gənc xəsarət aldı

Nobel prospektindəki avtoqəzada 22 yaşlı gənc xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Fevral , 2020 07:42
Nobel prospektindəki avtoqəzada 22 yaşlı gənc xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Nobel prospektində hərəkətdə olan avtomobil digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı 1998-ci il təvəllüdlü Əliyeva Fəxriyyə Cavid qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi