​Bakıda mənzildən iki meyit tapılıb

​Bakıda mənzildən iki meyit tapılıb Ölüm halları paytaxtın Suraxanı və Nizami rayonları ərazisində baş verib
Hadisə
11 Yanvar , 2015 00:22
​Bakıda mənzildən iki meyit tapılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Paytaxtın Suraxanı və Nizami rayonları ərazisində yerləşən mənzillərdən kişi və qadın meyitləri aşkar edilib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nizami və Suraxanı rayonlarında mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü kişi və 1953-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasetmə qüvvələri müvafiq olaraq hadisə yerlərinə cəlb olunublar. Mənzillərə baxış keçirilən zaman Salahov Bəxtiyar Fətəli oğlu və Raqaçova Yelizaveta Nikolayevna qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerlərinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində hər iki vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxslərin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi