Yuxarı

Nizami rayonu ərazisindəki bazardan oğurluq olub

Şəki rayon sakininə məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisindəki bazardan oğurluq olub. Nizami Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, Şəki rayon sakini İlknur Sədirova məxsus 14 kiloqram qoz ləpəsi oğurlanıb.

Məlumat daxil olan kimi Nizami RPİ əməkdaşları tərəfindən əməliyyat keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunan Raci Ağayev tutulub. Axtarış zamanı onun üzərindən narkotik vasitə olan tiryək də aşkar edilib. Faktla bağli cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi