"Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb

"Nikoil Bank"ın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb O, Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur
Hadisə
18 Sentyabr , 2018 11:45
Nikoil Bankın axtarışda olan sabiq sədri Moskvada saxlanılıb
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Nikoil Bank"ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.

Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank"dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub. 

Son xəbərlər

Orphus sistemi