NİDA üzvünün məhkəməsi başlayıb

NİDA üzvünün məhkəməsi başlayıb Məhkəmə vəsatəti təmin etməyib
Hadisə
4 Noyabr , 2016 11:49
NİDA üzvünün məhkəməsi başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra B.Məmmədovun vəkili Elçin Bayramov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilməsini, B.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasını və sübutların siyahıdan çıxarılması və əlavə sübutların cinayət işinə əlavə olunmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi