NİDA üzvü apellyasiya şikayəti verib

NİDA üzvü apellyasiya şikayəti verib Apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
22 Dekabr , 2016 13:48
NİDA üzvü apellyasiya şikayəti verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayətini bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi