​Nəsimi rayonunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

​Nəsimi rayonunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb Sürücü xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb
Hadisə
15 iyun 2015 16:27
​Nəsimi rayonunda yol qəzası baş verib, bir nəfər xəsarət alıb

Bakı. 15 İyun. REPORT.AZ/ Bu gün Bakının Nəsimi rayonu ərazisində “Opel” markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Opel" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Orphus sistemi