Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər - FOTO

Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər - FOTO Nəsimi Rayon İcra Hakimiyyəti “Nicat” MMC-ni təkzib edib
Hadisə
5 May , 2017 16:01
Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər - FOTO

Nəsimi Rayon İcra Hakimiyyəti “Nicat” MMC-ni təkzib edib

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda sakinlər binaların arasında tikintinin başlanmasına görə etiraz aksiyası keçirirlər.

“Report”un hadisə yerində olan müxbirinin veridiyi məlumata görə, 5-ci mikrorayon ərazisində yerləşən Asif Məhərrəmov küçəsi 46, 48, 50 və 52-ci saylı binaların sakinləri sıx ərazidə tikiləcək obyektin onların həyatını çətinləşdirəcəyini bildirirlər.

Sakinlər obyektin tikintisindən sonra 4 binaya gediş gəlişin çətinləşəcəyini, təcili tibbi yardım və yanğınsöndürən maşınların daxil olması üçün yolun bağlanacağını deyiblər.

İş icraçıları sakinlərə “Nicat” MMC tərəfindən tikiləcək obyektin şahmat məktəbi olacağını bildiriblər. 

Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilən sorğunun cavabında isə bildirilib ki, həmin ərazidə şahmat klubunun tikintisi nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi