Yuxarı
    Bağlamaq

    Bakıda qadından hədə-qorxu yolu ilə pul və qızıl-zinət əşyaları alan şəxs saxlanılıb

    Faktla bağlı cinayət işi başlanılıb

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Nərimanov rayonunda qadına qarşı hədə-qorxu edilərək pul və qızıl-zinət əşyaları alınıb.

    Nərimanov Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, vətəndaşlara hədə-qorxu gələrək pul tələb edən Elşad Allahverdiyev saxlanılıb. 

    Araşdırmalar zamanı Elşad Allahverdiyevin 2015-ci ilin iyul və sentyabr aylarında qadına qarşı hədə-qorxu gəlib 100 manat və 100 dollar pul, habelə qızıl əşyalar alması müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi