Nərimanovda motosiklet avtomobillə toqquşub

Nərimanovda motosiklet avtomobillə toqquşub Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Sentyabr , 2021 07:12
Nərimanovda motosiklet avtomobillə toqquşub

Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Quliyev Elmin Elçin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ diz qapağının yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi