Nərimanovda 27 yaşlı motosikletçini avtomobil vurub

Nərimanovda 27 yaşlı motosikletçini avtomobil vurub Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 Yanvar , 2023 01:46
Nərimanovda 27 yaşlı motosikletçini avtomobil vurub

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1996-cı il təvəllüdlü Hüseynov Musa Elçin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi