Neftçilərin axtarışına FHN-in 3 gəmisi və 1 helikopteri cəlb olunub

Neftçilərin axtarışına FHN-in 3 gəmisi və 1 helikopteri cəlb olunub Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Hadisə
15 Dekabr , 2016 13:39
Neftçilərin axtarışına FHN-in 3 gəmisi və 1 helikopteri cəlb olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin dərhal axtarışına baslanıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin çətin hava şəraitinə baxmayaraq, FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi