Mayın 18-də Neftçala şəhərində moped və motosikletin toqquşması nəticəsində yaralanan 28 yaşlı Əli Məmmədov xəstəxanada ölüb.
“Report” xəbər verir ki, mopedin sürücüsü olmuş Ə.Məmmədov ötən gün saat 13 radələrində Neftçala rayon Mərkəzi Xəstəxanasında keçinib.
Qeyd edək ki, rayonun Bankə qəsəbəsi sakini Əli Məmmədov Vətən müharibəsi qazisi olub.
Xatırladaq ki, mayın 18-də Neftçala şəhərinin Heydər Əliyev prospektində mopedlə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanmışdı.