Neftçalada iki motosiklet toqquşub, xəsarət alanlar var

Neftçalada iki motosiklet toqquşub, xəsarət alanlar var Neftçalada yol qəzasında iki nəfər xəsarət alıb.
Hadisə
18 May , 2023 22:41
Neftçalada iki motosiklet toqquşub, xəsarət alanlar var

Neftçalada yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Bankə qəsəbə sakini 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosiklet Neftçala şəhər sakini 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin hər iki sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi