Neftçalada sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib

Neftçalada sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib Fuad Qardaşov “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən gözlənilmədən nəqliyyat vasitəsinə idarəetməni itirib
Hadisə
6 Mart , 2017 08:28
Neftçalada sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib

Neftçala. 6 mart. REPORT.AZ / Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaravəlli avtomobil yolunda qeydə alınıb.

Belə ki, Neftçala şəhər, Səməd Vurğun küçəsində yaşayan 40 yaşlı Fuad Faiq oğlu Qardaşov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən gözlənilmədən nəqliyyat vasitəsinə idarəetməni itirib və maşın yolun kənarındakı dəmir betona çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi