Neftçalada piyadanı avtomobil vuraraq öldürüb

Neftçalada piyadanı avtomobil vuraraq öldürüb Neftçala. 8 avqust. REPORT.AZ/ Neftçala rayonunda piyadanı avtomobil vurub.
Hadisə
8 Avqust , 2018 18:17
Neftçalada piyadanı avtomobil vuraraq öldürüb

Neftçala. 8 avqust. REPORT.AZ/ Neftçala rayonunda piyadanı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb.

Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi