Neftçalada oğurluq edən qardaşlar saxlanıldı

Hadisə
  • 28 fevral, 2020
  • 07:23
Neftçalada oğurluq edən qardaşlar saxlanıldı
google.az

Neftçala rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Xıllı qəsəbəsindəki evlərin birindən 1 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların qəsəbə ərazisindəki daha bir evdən 1 500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.

44 filmi