Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var Neftçalada baş verən yol qəzasında xəsarət alanlar var.
Hadisə
9 Aprel , 2023 08:53
Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var

Neftçalada baş verən yol qəzasında xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Uzunbabalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil motosikletlə toqquşub. Qəza nəticəsində Neftçala rayon sakinləri - 1975-ci il təvəllüdlü Mehdiyev Rüfət Mirsalam oğlu, 1995-ci il təvəllüdlü Həmzəyev İltifat Davud oğlu, 1975-ci il təvəllüdlü Mehdiyeva Pərvanə Fəaliyyət qızı, 1993-cü il təvəllüdlü Dadaşov Hüseyn Adəm oğlu və 1993-cü il təvəllüdlü Tağıyev Bəşadət Rəşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi