Neftçalada bir ailənin iki üzvü zəhərlənib

Neftçalada bir ailənin iki üzvü zəhərlənib Neftçala. 24 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda zəhərlənmə hadisəsi baş verib.
Hadisə
24 Sentyabr , 2018 23:51
Neftçalada bir ailənin iki üzvü zəhərlənib

Neftçala. 24 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Bankə qəsəbəsində yerli sakinlər - 1979-cu il təvəllüdlü Məmmədova Nuranə Siyasət qızı və 2007-ci il təvəllüdlü Məmmədov Davud Müşfiq oğlu bir neçə gün əvvəl ət kotleti yedikdən sonra özlərini pis ediblər.

Onlar yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi