Neftçala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Neftçala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb Neftçala. 6 mart. REPORT.AZ/ Neftçala rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.
Hadisə
6 Mart , 2018 15:21
Neftçala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Neftçala. 6 mart. REPORT.AZ/ Neftçala rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, polis araşdırmaları zamanı iki gün bundan öncə qarnına dəmir batdığı iddia edilən Feyruz Tarverdiyevin həmkəndlisi Mehman Əhmədov tərəfindən bıçaqlandığı aşkar edilib.

Qeyd edək ki, rayonun Aşağı Surra kənd sakini, 1981-ci il təvəllüdlü Feyruz Fəyyaz oğlu Tarverdiyev qarnının kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın Cərrahiyyə şöbəsinə qaldırılan yaralı əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralının həyətdə iş görən zaman qarın nahiyəsinə dəmir batdığı bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi