Neftçala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
Hadisə
- 06 mart, 2018
- 11:21
Neftçala. 6 mart. REPORT.AZ/ Neftçala rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.
“Report”un Aran bürosu xəbər verir ki, polis araşdırmaları zamanı iki gün bundan öncə qarnına dəmir batdığı iddia edilən Feyruz Tarverdiyevin həmkəndlisi Mehman Əhmədov tərəfindən bıçaqlandığı aşkar edilib.
Qeyd edək ki, rayonun Aşağı Surra kənd sakini, 1981-ci il təvəllüdlü Feyruz Fəyyaz oğlu Tarverdiyev qarnının kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxananın Cərrahiyyə şöbəsinə qaldırılan yaralı əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralının həyətdə iş görən zaman qarın nahiyəsinə dəmir batdığı bildirilmişdi.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26