Yuxarı

Qaradağda “NAZ-Lifan” markalı avtomobil qaçırılıb

Camal Məmmədov “NAZ-Lifan”ı Bakıda avtomobil bazarında satmaq istəyərkən tutulub

Bakı. 4 fevral. REPORT.AZ/ Qaradağda “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

“Report” Daxili İşlər Nazirliyi (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

Avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar ediblər.

Həyata keçirilən tədbirlərlə avtomobili qaçıran Bakı şəhər sakini Camal Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi