Naxçıvan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un yerli bürosunun xəbərinə görə, şəhərin Əziz Əliyev prospektində 75-BX-968 dövlət nömrə nişanlı “Mercedes” markalı və 75-BX-245 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir ailənin 3 üzvü; Naxçıvan şəhər sakinləri - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı, 1961-ci il təvəllüdlü Həziyeva Hüsniyyə Həzi qızı və 1962-ci il təvəllüdlü Quliyev Səxavət Əhməd oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.







