Yuxarı
    Bağlamaq

    Naxçıvanda xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub

    Müxtəlif inzibati xətalara görə 12 789 protokol tərtib olunub

    Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikasında (MR) avtomobillərin texniki vəziyyətinə xüsusi fikir verilərək xeyli sayda nasaz avtomaşının istismarına qadağa qoyulub, aşkar olunan 11 mindən artıq yol hərəkəti əleyhinə olan inzibati xəta üzrə qanunauyğun tədbirlər görülüb.

    "Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazirliyin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev hesabat məruzəsində bildirib.

    O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 8-ə qarşı 3 olmaqla 62,5 faiz azalıb. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, vətəndaşlar tərəfindən 99 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib. Vahid Məlumat Axtarış Sistemi vasitəsilə 13 minə yaxın sorğu cavablandırılıb. Bütövlükdə, müxtəlif inzibati xətalara görə muxtar respublika üzrə 12 789 protokol tərtib olunub və qanunauyğun tədbir görülüb. Elektrik enerjisindən və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, həmçinin təbiəti mühafizə istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 31 fakt aşkarlanıb və 1 240 manat məbləğində cərimə tətbiq olunub. "Fevralın 9-da 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Ali Məclisin sədri tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar olaraq, mart ayından etibarən vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb. İyul ayının 1-i tarixinə 2961 müraciət qəbul olunaraq icra edilib", - Ə.Tağıyev bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi