Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan maşında külli miqdarda narkotik aşkarlanıb
Hadisə
- 05 avqust, 2026
- 12:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan avtomobildə külli miqdarda narkotik aşkar olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya "qarışıq ərzaq" yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.
Nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:57
Hindistanda ayaqqabı fabrikində yanğın olub, 4 nəfər ölüb
Digər ölkələr
10:40
Azərbaycandakı bankların Mərkəzi Bankdakı vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:37
Şahdağa qar yağıb - Faktiki hava
Ekologiya
10:35
Foto
Video
Qubadlıda ilk su elektrik stansiyası tikilir
İnfrastruktur
10:20
Azərbaycandakı bankların nağd vəsaitlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:15
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
Digər ölkələr
10:12
Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"la üz-üzə gəlir
Komanda
10:00
"Böyük Dəbilqə": Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Fərdi