Naxçıvanda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

Naxçıvanda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Mart , 2024 13:12
Naxçıvanda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobillə "Hundai" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Digər avtomobildə olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu isə ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi