Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib

Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib.
Hadisə
8 İyun , 2024 19:11
Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib

Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında quru otluq sahədə yanğının baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində 3,5 hektar yol kənarı və həyətyanı sahələrdə quru otluq yanıb, 6,5 hektar sahə, 3 fərdi yaşayış evi, 1 heyvandarlıq ferması, 1 yardımçı tikili, 1 transformator, 1 mobil telefon antenası (köşkü ilə birlikdə) yanğından mühafizə edilib.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi