Naxçıvanda cəzaçəkmə müəssisəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub

Naxçıvanda cəzaçəkmə müəssisəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma
Hadisə
28 Avqust , 2024 17:37
Naxçıvanda cəzaçəkmə müəssisəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub

Naxçıvanın Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Ceyhunə Qurbanova cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsin qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi