Narkotikin təsiri altında qəza törədən şəxs həbs olunub
Hadisə
- 10 noyabr, 2023
- 12:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi "Kia" markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.
Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.
Son xəbərlər
10:42
Nazir: "Dövlət maliyyəsi sahəsində şəffaflığa önəm veririk"
Maliyyə
10:41
U-15 Avropa çempionatı: Azərbaycanın 10 boksçusu yarımfinala vəsiqə qazanıb
Fərdi
10:40
Buzovnada körpə kanalda boğularaq ölüb
Hadisə
10:40
Türkiyədə iş yerinə atəş açılıb, 5 nəfər həbs edilib
Region
10:37
Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
İnfrastruktur
10:34
Nazir: "Süni intellekt fəaliyyətin keyfiyyət və operativliyini artıracaq"
İKT
10:34
İnqilab Əhmədov: "Rəqəmsallaşma həyata keçirilən islahatların ən vacib istiqamətidir"
Maliyyə
10:32
Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək
Maliyyə
10:31
Yaponiya XİN: Azərbaycan bizim dəyərli tərəfdaşımızdır
Xarici siyasət